“Ermənistan ağır məğlubiyyətə düçar olub” – Ərdoğanbackend

“Ermənistan ağır məğlubiyyətə düçar olub”.

“Yeni Gündəm”-in “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Ermənistan ağır məğlubiyyətə düçar olandan sonra Türkiyənin münaqişəyə cəlb olunduğunu iddia edir. Bu, Ermənistanın küncə sıxışdığının və çarəsizliyinin sübutudur”, – deyə Türkiyə Prezidenti qeyd edib.APA