Sisi: Ermənistan-Misir əməkdaşlığı bizim maraqlarımıza xidmət edəcək
Misir prezidenti Sisi İrəvanla müxtəlif sahələrdə tərəfdaşlıq qurmağa hazır olduqlarını bildirib. Sisi Qafqazdakı vəziyyətə də toxunub. Ermənistanın baş naziri Nikol Paşinyan Misirə səfəri çərçivəsində bu ölkənin prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb.
Sisi Paşinyanla görüşündən sonra verdiyi açıqlamada iki ölkə arasında əməkdaşlığın hər iki xalqın maraqlarına xidmət edəcəyini bildirib.
Misirdə minlərlə Ermənistan vətəndaşının yaşadığını açıqlayan Sisi, “Misir cəmiyyətinin siyasət, iqtisadiyyat, mədəniyyət və incəsənət kimi müxtəlif sahələrdə inkişafına töhfə verdilər” deyib.
Sisidən Ermənistana süni intellekt mesajı. Misir prezidenti Sisi çıxışında bu ifadələrdən istifadə edib:
“Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, danışıqlarımız hər iki ölkənin ticarət həcmini artırmaq və iki ölkə arasında siyasi münasibətlərin səviyyəsinə uyğun olaraq tərəflər arasında investisiya komponentini gücləndirmək istəyini təsdiqlədi.
Əməkdaşlıq yeni sahələrdə, xüsusən də informasiya texnologiyaları, süni intellekt, qida və əczaçılıq sektorlarında da inkişaf edə bilər. Biz bugünkü danışıqlarda da Misirin infrastruktur, tikinti, nəqliyyat və elektrik enerjisi istehsalı sahələrində təcrübəsini bölüşmək istəyimizi təsdiqlədik”.
Sisi xüsusilə süni intellekt sahəsində önə çıxan erməni şirkətlərindən də faydalanacaqlarını vurğulayıb.
Həmçinin O, Qafqazda sülhə çağırırdı.
Misirin Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin edilməsi üçün hər cür təşəbbüsləri dəstəklədiyini bildirən Sisi sözlərini belə davam etdirib: Biz hərtərəfli, ədalətli sülhü bərqərar edəcək dialoq və danışıqlar prosesinə tam dəstəyimizi bildiririk.
Bu, region əhalisinin mənafeyinə xidmət edəcək yeni yüksəliş və inkişafın mərhələsini yaradacaq.
Bütün sahələrdə əməkdaşlığı gücləndirmək istəyirik
Sisi sözlərini “Ümid edirəm ki, bu səfər iki dost ölkə arasında hər sahədə ikitərəfli əməkdaşlığın gücləndirilməsi istiqamətində çox mühüm bir addım olacaq” sözləri ilə yekunlaşdırdı.
Mənbə: EnSonHaber
Aynur Camal