Ermənistan müdafiə naziri Rusiyanın təzyiqi ilə vəzifəsini tərk etməyə hazırlaşırbackend

Ermənistan müdafiə naziri Rusiyanın təzyiqi ilə vəzifəsini tərk etməyə hazırlaşır.

Bu barədə yerli “Hraparak“ nəşri Ermənistanın Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazıb.

Qeyd olunub ki, ölkənin müdafiə naziri Suren Papikyan bu yaxınlarda bir neçə dəfə istefa məktubu yazıb, lakin Paşinyan onu vəzifədə qalmağa inandırıb.

Papikyanın istefa verməsi rusiyalı xadimlərin və Rusiya ilə ən çox təmasda olan şəxslərin etdiyi təzyiqlərlə bağlı olub. Nəşr yazır ki, hakim “Vətəndaş müqaviləsi” partiyasında Paşinyanın siyasətindən, xüsusən də onun anti-Rusiya hərəkətlərindən narazı olan və bunun təhlükəli nəticələri ola biləcəyinə inanan şüurlu insanlar var.

Həmçinin qeyd olunub ki, Papikyan da bu fikirdədir./APA