“Ermənistan ordusu Tərtərdə qəbiristanlığı atəşə tutub, 3 mülki şəxs həlak olub” – Prezidentin köməkçisibackend

Ermənistan Silahlı Qüvvələrinin Tərtərə hücumu nəticəsində 3 azərbaycanlı mülki şəxs həlak olub.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Hikmət Hacıyev “Twitter”də bildirib.

O qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrinin Tərtərdəki qəbiristanlığı hücumu nəticəsində 3 mülki şəxs həlalk olub. 3 nəfər isə yaralanıb.

“Ermənistan humanitar atəşkəsin arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürüdür. Azərbaycan öz mülki şəxslərini qorumaq üçün suveren hüququnu özündə saxlayır”, – deyə Hikmət Hacıyev qeyd edib.