“Ermənistan ordusuna 44 günlük müharibədən əvvəl ciddi zərbə vurulmuşdu” – Ohanyanbackend

Hələ 2020-ci ildə 44 günlük müharibə başlamamış Ermənistan ordusuna ciddi zərbə vurulmuşdu.

“Yeni Gundem” erməni mediasına istinadən xəbər verir ki , bu sözləri həmən ölkənin keçmiş müdafiə naziri, “Ermənistan” müxalifət fraksiyasının rəhbəri, hərbi cinayətkar Seyran Ohanyan deyib.

“Ermənistan ordusunun faktiki imkanları üç sahədə minimuma endirilib. Xüsusilə, kadrların sürətlə dəyişdirilməsi və gəncləşdirilməsi siyasəti bütün hərbi komandanlıq və idarəetmə sisteminə ciddi zərbə vurdu. İkinci amil, onun fikrincə, “indiki hakimiyyətin təşkil etdiyi savadsız hadisələrdir”. Beləliklə, ordunun komandanlığı əsassız olaraq şişirdildi. Bundan əlavə, səfərbərliyin həyata keçirilməsinə cavabdeh olan bütün strukturlar dağıdıldı… Hakimiyyət, faktiki olaraq, səfərbərlik prosesini təşkil edə bilmədi. Bütün silah tədarükü prosesi də arzuolunmaz dəyişikliklərə məruz qalıb. Üçüncü istiqamət ordu nizam-intizamıdır ki, bu da şansa buraxılıb”,- o deyib.