Ermənistan parlamentində növbəti dəfə dava düşüb.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Qeyd olunub ki, parlamentin spikeri Alen Simonyan “Hayastan” partiyasından olan deputat Artur Sarkisyanın zaldan çıxarılmasını təhlükəsizlik xidmətindən xahiş edib.
Məlumatda deyilir ki, buna səbəb Sarkisyanın çıxışı zamanı hakim partiyadan olan deputat Ovik Ağazaryanla söz davasına qalxması göstərilib./APA