Ermənistanda partlayış! Yaralılar varbackend

Ermənistanın paytaxtı İrəvanın Nor Areş küçəsində partlayış baş verib. Hadisə zamanı 2 bina tamamilə dağılıb, 2 nəfər yaralanıb.

Ermənistanın rəsmi xəbər agentliyi “Armenpressin”in məlumatına görə, yerli vaxtla saat 11.43-də Yerevanın Nor Areş küçəsindəki binada partlayış baş verib. Partlayış nəticəsində iki bina tamamilə dağılıb, ətrafdakı bəzi tikililərə də ziyan dəyib.

Biri ağır olmaqla 2 yaralı xilasetmə qrupları tərəfindən uçan binalardan çıxarılıb. Partlayışın səbəbini tapmaq üçün araşdırmalara başlanılıb. Axtarış-xilasetmə işləri davam edir.

Mənbə: TGRT

Aynur Camal