Ermənistanın mülki şəxsləri atəşə tutması hərbi cinayətkar olmasının ən bariz nümunəsidir – Sevinc Hüseynovabackend

Ermənistanın azərbaycanlı mülki şəxsləri atəşə tutması Ermənistanın hərbi cinayətkar olmasının ən bariz nümunəsidir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.


O bildirib ki, ermənilər döyüş meydanında ordumuza cavab verə bilmirlər, çıxış yolunu mülki əhalimizə atəş açmaqda görürlər.

“Vətən müharibəsində də biz ordumuz qarşısında aciz qalan ermənilərin mülki vətəndaşlarımızı atəşə tutmasının şahidi olduq. Bu gün Ermənistan mülki əhalimizə qarşı cinayətləri davam etdirir.

Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğlu yaralanıblar”, – deyə deputat bildirib.

O qeyd edib ki, erməni silahlı birləşmələri mülki əhalimizi atəşə tutmaqla öz acizliklərini göstərilər. “Hesab edirəm ki, beynəlxalq ictimaiyyət ermənilərin hərbi cinayətlərinin qarşısının alınması üçün tədbirlər görməlidir. Azərbaycan ordusu isə erməni təxribatlarının layiqli cavabını verir və sentyabrın 12-də erməni təxribatına ordumuzun verdiyi cavab da onlar üçün növbəti dərs oldu.

İstər Ermənistanın siyasi rəhbərliyi, istər Ermənistanda olan revanşist qüvvələr birmənalı olaraq anlamalıdırlar ki, onların sülh müqaviləsindən başqa alternativ yolları yoxdur. Onlar bilməlidirlər “dəmir yumruq” daha qüvvətlidir və hər bir təxribatına layiqli cavab veriləcək”, – deyə o əlavə edib.