Hər kəsə məlumdur ki, Ermənistan gizli şəkildə səfərbərlik keçirir. Özünə, əqidəsinə yaxın olan ölkələrdən silah alır. Beynəlxalq təşkilat və güclərin isə qeyri-səmimi sülh təşəbbüsləri əks-effekt verir. Təəssüf ki, Ermənistan bu məsələnin diplomatik yolla həllinin bütün yollarını bağlayır. Ermənistanda ölkə boyunca sığınacaqlar hazırlanır, digər tərəfdən isə dünya ictimaiyyəti, KİV və beynəlxalq təşkilatlarda Azərbaycana təcavüzkar imici qazandırmaq üçün fəal iş aparırlar, özlərinə tərəfdaş qazanmaq üçün əllərindən gələni edirlər.
Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.
Millət vəkili Paşinyan üçün hərbi əməliyyatlarının sərf etməsinidə açıqladı.
“Ermənistanın növbəti dəfə irimiqyaslı hərbi təxribata əl atması gözləniləndir. Görünən mənzərədən bir daha deyə bilərəm ki, hazırda Ermənistan rəhbərliyinə bir qarış torpaq qaytarmaq belə hava su kimi vacibdir. Zədələnmiş imicini bərpa etmək, üsyankar xalqı yatızdırmaq üçün Paşinyan hakimiyyətinə hərbi əməliyyatlar lazımdır. Azərbaycan ordusu qəhrəmancasına öz torpaqlarını müdafiə edir, lakin bu terroristlər təkcə Azərbaycanın yox, hətta regionun bəlasına çevrilib. Dünya birlik və təşkilatları terroristləri cəzalandırmaq əvəzinə sözdə sülhə çağırışlar edirlər.
Məhz bu səbəbdən Ermənistanın terrorist rəhbərliyi sülhü yox, müharibəni seçir. Bir sözlə, iki ölkə arasında sülh müqaviləsi imzalanmayana, sərhədlər müəyyən edilməyənə qədər sabitliyin olması mümkün deyil. Biz sülhün, əmin-əmanlığın, rifahın hökm sürdüyü bir dünya istəyirik.”
Fərahim RƏHİMOV
Yenigundem.az