Ermənistanın təxribatının səbəbi BƏLLİ OLDU – AÇIQLAMAbackend

Bu onlara bir daha xəbərdarlıq oldu ki, Azərbaycana qarşı istənilən təxribatın qarşısı yerindəcə alınacaq.

Bu sözləri “Yeni Gundem”-ə Millət vəkili Cavid Osmanov açıqlamasında bildirib.

O həmçinin təxribatlara səbəb Ermənistanın sülh imzalamaq istəməməsi olduğunu açıqladı.

“Sentyabrın 12 dən 13 nə keçən gecə Ermənistan dövlət sərhədində geniş miqyaslı təxribatlara başladı. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Silah Qüvvələrimiz ayıq sayıq olduğunu bir daha təsdiq etdi. Ermənistana çox ciddi zərbələr endirdik. Ordumuz onların mövqelerini məhv edir. Bu Ermənistana dəmir yumruğun yerində olduğunu bildirdi. Hazırki vəziyyət Ermənistan üçün çox ağır nəticələrə gətirib çıxaracaq. Ermənistən birdaha sübut etdi ki, onlar sülhdə maraqlı deyil. Sülh sazişini imzalamaq istəmirik. Bunun üçün böyük təxribatlara əl atırlar “

Milli Məclisin deputatı bufer zonanın yaradılmasının zəruriliyini qeyd edərək KTMT nin də rolundan danışdı.

“Ermənistan davamlı şəkildə təxribatlara əl atır. Bunların qarşısını almaq üçün bufer zonanın yaradılması zəruridir. Ermənistan növbəti dəfə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını məsələyə cəlb etmək istəyirdi. Ancaq bu hər zaman ki kimi  alınmadı iflasa uğradı.”

Fərahim RƏHİMOV