Ermənistanın törətdikləri təxribatlara görə Beynəlxalq təşkilatlar məsuliyyət daşıyır – Məlahət İbrahimqızıbackend

Bildiyimiz kimi, Azərbaycanın “Dəmir Yumruğu”nun sayəsində Laçın şəhərini və Zabux kəndini uzun illər qanunsuz yaşamış ermənilər tərk edirlər. Sözsüz ki, onlar qeyri-qanuni yaşadıqları Azərbaycan xalqının tarixi dədə-baba torpaqlarından könüllü çıxmırlar. Bildiyimiz kimi son aparılan “QİSAS”əməliyyatlardan sonra onlar ərazilərimizi tərk etməyə başlayıblar və bu köç dövlətimizin nəzarəti altında həyata keçirilir. Xatırlatmaq istərdim ki, ərazilərimizi tərk edən bəzi ailələr əmlaklarını Qarabağın digər bölgəsinə, əksəriyyəti isə Ermənistana köçürür. Çox təəssüf ki, növbəti dəfə bu ermənilər xislətlərindən irəli gələn vəhşi və vandal erməni ənənələrinə sadiqlik nümayiş etdirirlər.

Bu sözləri “Yeni Gündəm”-ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Belə ki, erməni mətbuatında ermənilərin köç prosesində törədilən növbəti erməni cinayəti haqqında yazılar da yer alır. Ermənistanın “Hraparak” qəzeti Laçındakı ermənilərin köç prosesi haqda qeyd edir ki, Azərbaycan tərəfinin onların vaxtilə Laçın şəhəri, Zabux və Sus kəndlərində yaşamış ümumilikdə 100-ə yaxın ailə yəni 350 nəfərin burada yaşamasına razılıq verə bilər. Mətbuatın verdiyi məlumata görə bu ermənilərdən bəziləri hətta Azərbaycan vətəndaşı olmağı qəbul etməyə və Azərbaycan qanunlarına uyğun yaşamağa razıdırlar. 

Qeyd etmək lazımdır ki, köçürülən ermənilərin çox az hissəsinin 10-15 faizinin Qarabağa məskunlaşmaq niyyəti var. Qalanlar isə Ermənistana köçmək istəyirlər. Dəhşətlisi odur ki, Hraparak və Armen.news kimi media səhifələrində utanmadan etiraf edirlər ki, son günlər Laçın şəhəri, Zabux kimi yaşayış kimi işğaldan azad edilmiş Azərbaycan ərazilərini tərk edən ermənilər evləri yandırmaqla növbəti vəhşiliyə imza atırlar. Hərçənd ki, qanunsuz yerləşdirilmiş ermənilərin son köç prosesinə Azərbaycanın sərhəddə yerləşən hərbiçiləri və bu bölgədə təmsil olunan rəsmi nümayəndələr nəzarət edir.

Yəni bu erməni xislətini bir daha göstərir. Törədilən erməni cinayətinə qarşı Beynəlxalq ictimaiyyət, eləcə də beynəlxalq təşkilatlar yenə də ikili yanaşma prinsiplərinə sadiqlik və susqunluq göstərirlər. Hesab edirəm ki, bu bir daha bu təşkilatların, xüsusən də bölgədə gedən proseslərdə maraqlı olan ABŞ, Fransa eləcə də bəzi Avropa dövlətlərin, ATƏT, AP kimi qurumların bu cinayətlərə görməməzlik göstərməsidir. Sosial şəbəkələrdə ermənilərin özlərinin paylaşdıqları məlumatlarda göstərilən kimi, köç edən ermənilər nəinki indiyədək yaşadıqları evlərinə hətta Azərbaycan ərazisindəki tarixi abidələrə, alban kilsələrinə qarşı da dağıdıcılıq edirlər.

Azərbaycan rəsmilərinin, xüsusən də Möhtərəm Prezidentimizin davamlı olaraq müxtəlif tədbirlərdə ölkəmizdə., Qarabağda yaşayan və yaşamış ermənilərə qarşı humanist və xoşgörü dövlət siyasətinin tətbiq olunacağını, etnik azərbaycanlılara eyni hüquq və azadlıqlarına malik olacaqlarını bildirsə də ermənilər hələ də düşmənçilik mövqelərindən əl çəkmirlər. Təbii ki, Azərbaycan Prezidentinin Dəmir Yumruğu həmişə hazırdır və bu yumruq gündən-günə daha da güclənir.

Möhtərəm Prezidentimizin həyata keçirdiyi xarici siyasət nəticəsində Beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazanmış Azərbaycan hər zaman götürdüyü öhdəliklərə sadiq olubdur. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərdən sonra Azərbaycanın Ermənistanla imzaladağı üçtərəfli sənədlərdə ölkəmiz götürdüyü bütün öhdəlikləri vaxtında və layiqincə yerinə yetirir. Çox təssüf ki, müstəqilliyi kağız üzərində olan və dövlətidarəçiliyi xaricdən idarə edilən Ermənistandakı hərcmərclik rəsmi Ermənistanın götürdüyü öhdəliklərdə tam məsuliyyətsizliyini göstərir.

Əlbəttə bu durum uzun müddət davam edə bilməz. Azərbaycan dövlətinin rəsmi mövqeyi bölgədə, xüsusən də Ermənistanla münasibətlərin normallaşmasında və bütün problemlərin danışıqlar yolu ilə həll olunmasıdır. Möhtərəm Prezidentimizin dediyi kimi, rəsmi Azərbaycan yeni və uzunmüddətli hərbi əməliyatlar aparmaq niyyətində deyil. Lakin erməni revanşistlərinin və təxribatçılarının fəallaşdığı və rəsmi Ermənistanın götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda Azərbaycanın başqa yolu qalmır.

Bir daha möhtərəm cənab Prezidentin sözləri ilə ifadə etsək Ermənistan, erməni xalqı, eləcə də onları dəstəkləyən qüvvələr eşitməli və bilməli ki,həm 10 noyabr 2020-cil Bəyannaməsində, həm Moskva, həm də Brusseldə imzalanmış sənədlərdə əks olunmuş və Ermənistanın götürdüyü öhdəlikləri yerinə yetirmək borcudur və əks təqdirdə Ermənistan buna zor gücü ilə də olsa buna məcbur ediləcəkdir.

Bütün beynəlxalq ictimaiyyət çox gözəl bilir ki, II Qarabağ savaşından sonra Azərbaycan dövləti tərəfindən nəinki erməni işğalından azad edilmiş ərazilərdə möhtəşəm quruculuq işləri görür, eyni zamanda bölgə və Avrasiya üçün, dünya üçün çox mühüm nəqliyyat kommunikasiyaların, eləcə də Zəngəzur dəhlizinin inşası ilə bağlı əzəmətli işlər görülür.

Bu proseslər fonunda rəsmi Ermənistanın fəaliyyətsizliyi onların özləri üçün daha yeni və çox ciddi problemlər yaradacaqdır. Çünki Ermənistanı bundan sonra nə onları gözləməyə, nə də ona hansısa imtiyaz olunacağına şansı qalmır. Bu mənada onsuz da öz öhdəliklərini yerinə yetirməyən və ya imitasiya etməklə vaxtı uzadan Ermənistan bundan sonra öhdəliklərini yerinə yetirərsə uçurum və böhrandan xilas ola bilərlər deyə Məlahət İbrahimqızı qeyd etdi.