Ermənistanın törətdikləri təxribatlara görə Beynəlxalq təşkilatlar məsuliyyət daşıyırbackend

İkinci Qarabağ savaşında acı məğlubiyyətə uğrayan, ordusu darmadağın olan təcavüzkar Ermənistanın yenidən sərhəd təxribatlarına əl atması, atəşkəsi pozması Azərbaycanda əsəbləri tarıma çəkib. Ermənistanın xüsusi səbəb olmadan və müvafiq üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərini pozaraq iki dövlətin sərhədi boyunca vəziyyəti gərginləşdirməsi məqsədyönlü hərbi təxribat və hərbi avantüradır.

“44 günlük müharibə nəticəsində ordusu darmadağın edilən Ermənistan dövləti nəyə və kimə arxalanaraq Azərbaycana qarşı ağlasığmaz təxribatlara əl atmaqdadır?” sualı hər daim məni maraqlandırır.

Ermənistanda iki gün öncə son bir il ərzində dördüncü müdafiə naziri vəzifəsindən qovuldu. Son zamanlar Azərbaycana qarşı qeyri-adekvat və populist çıxışları ilə seçilən və qanunsuz olaraq Xankəndinə səfər edən Arşak Karapetyan işdən çıxarıldı, onun yerinə cari ilin iyun ayında baş tutan parlament seçkilərində Paşinyanın partiya qərargahının rəhbəri olmuş, seçkilərdə ona uğur qazandıran, hakimiyyətdə maliyyə və investisiya məsələlərində püxtələşən, vaxtilə əsgərlikdəki komandiri ilə ciddi münaqişəsi olmuş və həmin vaxt hadisə törədərək həbsxanaya düşmüş Suren Papikyan gəldi.Erməni terorru əsrlərdir davam edir. Deyəsən düşmən İkinci Qarabağ müharibəsi zamanı  dəmir yumruğun ağrısını unutmağa başlayıb.

”Sülh” ali və ümumbəşəri dəyər olduğu üçün beynəlxalq təşkilatlar habelə beynəlxalq ictimaiyyət rəsmi İrəvanını sülhə çağırmalıdır.Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, habelə rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır.

Biz Qarabağ üçün haqq səsimizi duyurmaq üçün millət olaraq hər şeyə razıyıq! QARABAĞ AZƏRBAYCANDIR!

İskəndərli Zəhra -Azərbaycan Dövlət Pedaqoji Universiteti