Ermənistanın yanaşmasına Türkiyə prezidentindən reaksiya!backend

“Eghtesad News” xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika və Fransanı tənqid edərək deyib:“Ermənistan silah və hərbi təlim üçün Qərbə baxmaq əvəzinə, sülh yaratmaq üçün Türkiyə və Azərbaycanla əməkdaşlıq etməlidir”.

“Yeni Gundem” xəbər verir ki, Türkiyə Prezidenti dünən Ankarada Nazirlər Kabinetinin uzun sürən iclasından sonra mətbuat konfransında bildirib:

“Bəzi Qərb dövlətləri müharibənin Qarabağı, Qafqazı və bütün bölgəni dəyişdiyini hələ dərk etməyiblər”.

O, Qarabağın yenidən Azərbaycanın nəzarətinə qayıtması və ermənilərin buradan köçməsinə toxunaraq əlavə edib: “İllərdir Ermənistanı təxribat məqsədilə istifadə edənlər, bu bölgədə yaşayan bütün insanların ağrılarından, problemlərindən, toqquşmalardan qazanc əldə edənlər əslində ən çox zərəri ermənilərə vurublar”.

Mənbə: Azad İran

Aynur Camal