Erotik videolar çəkən bağça müdiri işdən çıxarıldıbackend

Rusiyanın Krasnoyarsk diyarında valideynlər uşaq bağçasının müdirinin işdən çıxarılmasına nail olublar. Yenisabah.az Rusiya mətbuatına istinadən xəbər verir ki, şikayətlərə səbəb sosial şəbəkələrdə müdir Anastasiya Krasilnikovanın “səmimi foto və videoları” olub.

Məlumata görə, qadın işçilərə və valideynlərə qarşı kobudluq edib, tabeliyində olan işçilərin maaşlarını əsassız olaraq kəsib.

Lakin Krasilnikova məhz publik erotizmə görə vəzifəsindən uzaqlaşdırılıb.