Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar ilk dəfə olaraq Azərbaycanın paytaxtı Bakıya gəlib.
“Yeni Gundem” xəbər verir ki, Tatarı paytaxt Bakıdakı Heydər Əliyev Hava Limanında Azərbaycan mədəniyyət nazirinin müavini Ferid Ceferov, Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı, KKTC-nin Bakı nümayəndəsi Ufuk Turqaner, KKTC baş nazirinin müavini, turizm və ətraf mühit naziri Fikri Ataoğlu, türk iş adamları və digər rəsmi şəxslər qarşılayıblar.
Ersin Tatar Bakıdakı təmasları çərçivəsində sabah Azərbaycanın ümummilli lideri Heydər Əliyevin daha sonra Azərbaycan və Türkiyə şəhid məzarlarını ziyarət edəcək. Tatar həmçinin Bakıda “Şimali Kipr Türk Cümhuriyyətini Tanıtma Tədbiri”ni açılışını edəcək.
Məlumatda qeyd olunub ki, o oktyabrın 16-dək Bakıda müxtəlif proqramlarda iştirak edəcək.
Mənbə: hurriyyət.tr
Aynur Camal