“Əsas günahkarlar bu cütlükdür” – Azərbaycanın olimpia nəticələri tənqid edildibackend

“Olimpiada bitdi. Azərbaycan heç 2012-ci (9 medal) və 2016-cı il (18 medal) uğurlarını da təkrarlaya bilmədi. Cəmi 7 medal qazanmışıq. Onun da 5-ni bizə legionerlər (xarici mənşəli idmançılarımız) gətirdi. Bu o deməkdir ki, milli idmanın vəziyyəti acınacaqlıdır”.

“Yeni Gundem” xəbər verir ki, bunu tanınmış hüquqşünas, “Əkrəm Həsənov və Partnyorları Vəkil Bürosu”nun müdiri Əkrəm Həsənov bildirib.
 
Onun sözlərinə görə, ildən ilə daha çox pul xərclənir, amma nəticə yoxdur:
“Bunun da əsas günahkarları bax bu cütlükdür: gənclər və idman naziri Fərid Qayıbov və müavini Mariana Vasileva (o da bir növ legionerdir, amma heç bir səmərəsi yoxdur, üstəlik vətəni Bolqariyada parlament spikeri erməni əsilli Raya Nazaryandır).
Hələ 2021-ci ildə nazir təyin olunandan sonra Qayıbov bəyan etmişdi ki, nazirliyin inkişaf strategiyasını hazırlayacaq. Amma nazirliyin saytında (https://www.mys.gov.az/az/nazirlik/senedler/strategiya) göstərilir ki, “Hazırda strategiya hazırlanma mərhələsindədir”. 3 il bəs etmədi? Strategiyasız necə işləyir bu nazirlik? Nəticəsi göz qabağındadır…”.