“Əsgərə xatirə kitabı” layihəsi Müdafiə Nazirliyi ilə birgə növbəti aksiyasını gerçəkləşdirdi – FOTOLARbackend

Bu dəfəki səfər çərçivəsində Zaqatala və Oğuz rayonlarında yaşayan 50-dən artıq şəhid və qazi ailəsinə baş çəkilib. 

Müdafiə Nazirliyi Şəxsı Heyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə  “Əsgərə xatirə kitabı” layihəsinin rəhbərliyi, idarə heyətinin fəal üzvləri, iş adamları ilə birlikdə keçirdiyi silsilə tədbirlər davam edir.
“Əsgərə xatirə kitabı” layihəsinin rəhbəri Nuranə xanım Şixəliyeva ilə yanaşı Layihənin icrası direktoru Məltəm xanım Şixəliyeva və Layihənin idarə Heyətinin üzvü, bu dəfəki səfərin təşkilatçısı, xeyriyyəçi iş adamı Əliş Hüseynov və Müdafiə Nazirliyinin əməkdaşları da Zaqatala və Oğuz rayonlarında şəhid ailələrini və qaziləri Novrüz Bayramı münasibəti ziyarət etmiş, onlara bayram sovqatı çatdırmışlar. Xüsusi olaraq bu ailələrdə böyüyən uşaqlara diqqət ayrılmışdı. Zaqatala rayonunda ziyarət olunan ailələrin hər birinə rayon İcra Hakimiyyətinin başçısı cənab Mübariz Əhmədzadə qonaqlarla bir yerdə baş çəkmiş, ailələrin problem və qayğıları ilə maraqlanmışdı.
Hər iki rayonda Vətən müharibəsində şəhid olmuş və yaralanmış qazilərin ailə üzvləri ilə görüşlərdə onların mənəvi, maddi, sosial qayğıları və psixoloji problemləri ilə yaxından maraqlanmışdırlar. Şəhid və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinə psixoloji yardim (reabilitasiya) və dəstək fəaliyyətinin davamı olaraq, psixoloji dəstəyə ehtiyaci olan qazi və hərbi qulluqçuların ailə üzvlərilə söhbətlər aparılmışdır. Zaqatala və Oğuz İcra hakimiyyət nümayəndələri ilə birlikdə bu problemlərin həlli istiqamətində ünvanlı maddi yardım və psixoloji tədbirlər həyata kecirilmisdir.
Fəaliyyətə başladığı vaxtdan bəri daima şəhid ailələrinin, qazilərin, ön xəttdə xidmət edən əsgər və zabitlərimizin yanında olan, onlara mənəvi, maddi, psixoloji dəstəyini əsirgəməyən “Əsgərə xatirə kitabı” layihəsinin xeyrxah və vətənpərvərlik yönümündəki aksiyaları bundan sonra da davam edəcək.