Əsgərimizin girov götürülməsi görüntüləri – VİDEObackend

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.

Əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda ehtimal kimi qeyd olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib.

Erməni sosial şəbəkələrində isə hərbçimizin Ağdərə ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə saxlanıldığı haqda məlumat və videogörüntü yayılıb. Məlumatlarda bildirilir ki, əsgərimiz Qarabağdakı qanunsuz rejim tərəfindən girov götürülüb.

Əsgərimizin hazırda Xankəndində saxlanıldığı bildirilir.