İtaliyanın cənubundakı Etna vulkanı yenidən kül və lava səpdi.
“Yeni Gundem”in əldə etdiyi məlumata görə, Siciliya adasında təxminən 3300 metr yüksəklikdə olan Etna dağında vulkanik fəaliyyət davam edir.
Noyabrın 12-də bu ay ilk dəfə aktivləşən vulkanın aktiv cənub-şərq krateri ötən həftə sonu yenidən kül və lava püskürüb.
Etna dağının qarlı yamaclarından lava axınının müşahidə edildiyi qeydə alınıb.İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutundan (INGV) verilən açıqlamada Etnadakı vulkanik fəaliyyətin cənub-şərq krateri ilə məhdudlaşdığı bildirilib.
INGV-nin bölgədən keçən təyyarələr üçün xəbərdarlıq etdiyi və bu son vulkanik fəaliyyətdən Kataniyadakı Fontanarossa hava limanının zərər görmədiyi də mətbuatda yer alıb.
Etna kontinental Avropanın ən yüksək aktiv vulkanıdır.
Mənbə: TrtHaber
Aynur Camal