ETSN yetərsiz qaldıqca… – DURUM CİNAYƏT XARAKTERİ ALACAQ…backend

Az əvvəl məlumat yaydıq ki, Qusar rayonunda meşədə ağacların qanunsuz kəsilməsinə görə cinayət işi başlanıb.

Dia-az.info olaraq bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinə istinadla verdiyimiz xəbərdən də aydın olurdu ki, yerli məmurlar əl-ələ verərək Qusarda nadir ağacların məhvinə yol açan qərara imza atıblar. Meşə ərazisi özbaşına olaraq vətəndaşlara ev tikintisi üçün bələdiyyəninbalansına verilib.

Təbii ki, bu olaya gərəkən qiyməti verən Baş Prokurorluq vaxtında müdaxilə edərək cinayət işi başladıb. Hər halda, bu ölkənin sahibi var…

Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yetərsiz qaldığı və yaxud da şərait yaratdığı yeganə fakt bu deyil. Yetərincədir… Maləsəf…

Dia-az.info olaraq növbətisini təqdim edirik.

Gəncə şəhəri, Abbas Səhət küçəsində suvarma kanalının üzərindəki plastik yığınına nəzərə salın:

ETSN yetərsiz qaldıqca...
ETSN yetərsiz qaldıqca...

Doğrudur, buna birbaşa olaraq cavabdeh olan digər qurumlar da var. Amma məsələ ilk növbədə EKOLOJİ ÇİRKLƏNMƏDƏN getdiyindən ETSN-nin yerli idarəsnin nədən seyrçi qaldığı, vəzifəsini icra etmədiyi anlaşılkan deyil.

Dia-az.info olaraq ərazinin lokasiyasını da təqdim edirik:

ETSN yetərsiz qaldıqca...