“Ev pişiklərinin və itlərinin şəxsiyyəti insanın şəxsiyyət xüsusiyyətlərindən asılıdır”backend

Ev heyvanının sahibinə bağlılığı sahibinin nevrotikliyi ilə əlaqələndirilir.

Həm qısamüddətli, həm də uzunmüddətli şəxslərlərarası münasibətlərdə psixoloqlar bağlılığın dörd növünü fərqləndirirlər: təhlükəsiz, narahat, çəkinən və nizamsız.

Yalnız birinci növ əsas götürülür, qalanları nevrotik olaraq təsnif edilir. Finlandiyanın Helsinki Universitetinin alimləri ev pişikləri və itlərinin iki növ bağlılığı olan sahibləri ilə qarşılıqlı əlaqəsini öyrənmək qərarına gəliblər: narahat və çəkinən. Birincisi, həmişə ev heyvanınızın yanında olmağa artan ehtiyac və onu itirmək qorxusu ilə xarakterizə olunur. İkincisi, əksinə, müstəqilliyə can atır və şəxsi muxtariyyətin itirilməsindən qorxur (özünü idarə etmək və hərəkətlərinə görə məsuliyyəti qəbul etmək bacarığı). Araşdırma iScience jurnalında dərc olunub.

Eksperimentin iştirakçıları 2724 nəfər (onların 92%-i qadınlardır) və 2545 it və 788 pişik olub. İnsanlar bağlılıq növü üzrə yoxlanılıb, psixoloji durumu, stress səviyyəsi və həyatdan məmnunluqları qiymətləndirilib.

Daha sonra tədqiqatçılar heyvanların davranışlarını təhlil ediblər. Nəticədə, sahiblərin nevrotik təzahürləri ilə müqayisə edilə bilən arzuolunmaz davranış əlamətləri müəyyən ediblər.

Ev heyvanının sahibi ilə münasibəti insanın bağlılıq növü ilə bağlı idi: əgər sahibi heyvanla ünsiyyət qurmaq istəyirdisə, o, eyni davranışı nümayiş etdirirdi.

Ünsiyyətcil olmayan, aqressiv və qorxaq itlər və pişiklər, bir qayda olaraq, qaçınma tipli insanlarla, ünsiyyətcil və aktiv itlər və pişiklər isə narahat tipli insanlarla yaşayırdılar.

Alimlər belə qənaətə gəliblər ki, qaçınan bağlılıq tipinə malik insanlar öz ev heyvanlarına kifayət qədər diqqət yetirmirlər və ya onu təhdid edən vəziyyətlərdə qoruya bilmirlər ki, bu da aqressivlik və qorxuya meyl yarada bilər.

Əvvəllki tədqiqatçılar bildirmişdilər ki, ev heyvanları yaşlı insanlarda yaddaşın zəifləməsini ləngidir.

Mənbə: mail.ru

Aynur Camal