Evə basqın edən şəxs polis əməkdaşı imiş-ŞOKbackend

Redaksiyamıza Abşeron rayon Mazasır qəsəbəsində yaşayan Cavadova Naidə Sovet qızı tərəfindən şikayət xarakterli müraciət daxil olmuşdur.

Belə ki, şikayətçinin sözlərinə görə Mühafizə polisinin əməkdaşı Poladov Samir Müdafiə oğlu gecə saatlarında pəncərənin dəstəyini qıraraq evə daxil olub. Evdə iki az yaşlı qız uşaqların bərk stres keçirtdiyi və bununla bağlı aidiyyatlı qurumlara şikayət edəcəyini bildirir. Apardığımız araşdırmaların nəticəsinə görə, polis əməkdaşı heç də mülki geyimdə olmayıb, əksinə polis formasında olduğu sübüta yetirilib. Samir Poladovun evə nə üçün daxil olduğunu daha dəqiq araşdırdıq. Şikayətçinin və qonşuların iddialarına inansaq, ona dostu, yəni Cavadova Naidənin keçmiş həyat yoldaşı Rahim Dəmirov istiqamət verib. Məqsəd isə güya Naidənin şəkilini çəkib R. Dəmirova verməli idi. Amma özü etiraf edir ki, dostu tərəfindən öyrədilib və xanıma cəsarət yetirməli idi. Əvvəla, Mühafizə polisinin əməkdaşı sakinlərin evlərini, obiyektlərini mühafizə etməlidir. Lakin Samir Poladovun atdığı addım bir başa cinayət əməlidir. Onu da nəzərinizə çatdıraq ki, çox hörmətli cənab nazirimiz bu cür “polisləri” Daxili İşlər orqanlarndan dərhal azad edir. Məhz nazirimizin atdığı hümanist addımın nəticəsidir ki, cəmiyyət-polis münasibəti olduqca yüksək səviyyədədir. Əfsüslar olsun ki, polis adına ləkə yaxan neqativ insanlar da az deyil.
Son məlumatlara görə, vətəndaşın evinə basqın edən Mühafizə Polisin əməkdaşı Samir Poladov DİN Səbail rayon Mühafizə xidmətinin əməkdaşıdır.

Növbəti yazılarımızda adı hallanan şəxsin mövqeyni dərc etməyə hazırıq.