Yəzd şəhərindəki Azadegan parkında məcburi hicab qanununa riayət etməyən gənc qız “Əxlaq” polisi tərəfindən şiddətə məruz qalıb. Polis qıza sillə vurub və gənc qız qorxu və stresdən huşunu itirib, yıxılarkən isə başı yerə dəyib.
“Yeni Gundem”in əldə etdiyi məlumata görə, həmin qız xəstəxanaya yerləşdirilib və hazırda onun vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur.
Mənbə: Azad İran
Aynur Camal