Fransada tətil!
Fransanın paytaxtı Parisin simvolu olan Eyfel qülləsini onun dizayneri Qustav Eyfelin ölümünün 100-cü ildönümü ilə əlaqədar təşkil edilən işçi tətili səbəbilə ziyarət etmək mümkün deyil.
Fərqli peşəkar qrupların tətilləri və etirazları ilə tez-tez gündəmə gələn Fransada simvolik böhran yaşanır.
Ölkənin ən böyük marka dəyər nöqtəsi olan Eyfel qülləsinə ziyarətlər dayandırıldı.
Eyfel qülləsinin istismarından məsul olan SETE şirkətinin internet saytındakı açıqlamada qüllənin ziyarətçilərə bağlı olduğu bildirilib.
Açıqlamada bu qərarın qüllənin bəzi işçilərinin tətilə çıxması səbəbindən verildiyi qeyd edilib. Beləliklə, qüllə onun dizayneri Qustav Eyfelin ölümünün 100-cü ildönümündə ziyarətçilərə bağlı qalmış oldu.
Açıqlamada bildirilib ki, qüllənin ətrafı və bağçasını ziyarət etmək olar.
Ölkə mətbuatında yer alan xəbərlərə görə, qüllə işçiləri SETE-nin maliyyə siyasətinə cavab olaraq tətilə başlayıblar.
15 dekabr 1832-ci ildə Fransanın Dijon şəhərində anadan olan Eyfel 1923-cü il dekabrın 27-də 91 yaşında Parisdə vəfat edib.
Eyfel, tikintisində böyük rol oynadığı Eyfel qülləsini 1889-cu il Dünya Sərgisi (Expo) üçün tikib. Fransız memar ABŞ-da dünyaca məşhur olan Azadlıq heykəlinin dəmir armaturunun layihəsini də hazırlayıb.
Mənbə: EnSonHaber
Aynur Camal