Əyləncə parkında fırlanan yelləncək yerə çırpıldıbackend

İraqda əyləncə parkında fırlanan yelləncəyin yerə çırpılması nəticəsində 14-ü uşaq olmaqla 16 nəfər yaralanıb.

İraqda əyləncə parkında baş verən qəzalara yenisi əlavə edilib.

Ölkənin cənubundakı Vasıt şəhərindəki “Xəyallar şəhəri” adlı əyləncə parkında fırlanan yelləncək yerə çırpılıb.

Qəza ilə bağlı Bəsrədə araşdırma başlanarkən, qəza anı ətrafdakı təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

Ötən ay ölkənin cənubundakı Bəsrə şəhərində baş verən oxşar qəzada 7 şagird yaralanmışdı. Məlumata əsasən Qubernatorluq lunaparkı bağlayıb.

Xəbər mənbəyi: İhlas Xəbər Agentliyi (İHA)

Aynur Camal