Əziz Ələkbərov: “Mübarizənin yeni mərhələsinə başlayırıq”backend
“Bu gün Qərbi Azərbaycan İcmasının yeni inzibati binasının istifadəyə verilməsi həm də rəmzi məna daşıyır”.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov bildirib.

O, Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündən sonra AzTv-yə açıqlamasında bildirib ki, mübarizənin yeni mərhələsinə start verilir: “Biz tarixi torpaqlarımız uğrunda mübarizənin yeni mərhələsinə başlayırıq. Gələcəkdə Qərbi Azərbaycanlılar da öz dədə-baba torpaqlarına, o cümlədən Zəngəzura, Göyçəyə, İrəvana qayıda biləcəklər”.