Əziz Səncər Şuşaya səfər edibbackend

Dünya şöhrətli alim, Nobel mükafatı laureatı, professor Əziz Səncər Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə birgə işğaldan azad olunmuş Şuşa şəhərinə səfər edib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə məlumat səfirin tviter səhifəsində yer alıb.

“Yazın ayrı, qışın ayrıca gözəldir, Şuşa. Ciyərlərimiz Qafqazın havası ilə doldu. Çox şükür. Şuşadan Kəlbəcər, Murovdağına, Cıdır düzündən Xocalı və Böyük Qafqaz dağlarına salam olsun”, – səfir sosial şəbəkədə qeyd edib.