Fanatik yəhudilər yük maşınlarının qabağında uzandılarbackend

Fanatik yəhudilər yük maşınlarının qabağında uzanıblar ki, qəzzalılar acından ölür!

Qəzza İsrailin blokadası altında aclıqla mübarizə apararkən, fanatik yəhudilər yardımın onlara çatmaması üçün yük maşınlarının qarşısını kəsiblər. Qəzzalıları “terrorçu” adlandıran şüarlar səsləndirərək insan faciəsinə göz yumdular.

Əksəriyyəti “Hill Youth” adlı fanatik yəhudi köçkün qruplaşmasına bağlı təxminən 200 nəfərlik nümayişçilər Qəzza yaxınlığındakı Usdud (Aşdod) şəhərinin limanı yaxınlığında toplaşıb və əllərində İsrail bayraqları tutublar.

Bəzi məskunlaşanlar limana çatmağa çalışan yük maşınlarının qarşısına oturaraq nəqliyyat vasitələrinin keçməsinə mane olublar. Mühacirlərin bağlamaq istədikləri yola dəmir baryerlər quran, lakin nümayişçilərə müdaxilə etməyən İsrail polisi ilə nümayişçilər arasında vaxtaşırı mübahisələr yaşanıb. Fanatik yəhudi köçkünlər əllərində “Yüzlərlə yük maşınının Qəzzaya girməsinə yox deyirik”, “Qəzzəyə girən yük maşınları müharibəni uzadır”, “Terrorçulara yardım yoxdur”, “Humanitar yardım = ölüm” və “İsrailin gəlməsi üçün yardım dayandırılsın” yazılı plakatlar qaldırıblar.

İsraildəki fanatik yəhudi məskunlaşanlar, fələstinlilərin qida qıtlığı, təmiz su, gigiyena olmaması səbəbindən xəstəlik və sığınacaq çatışmazlığı səbəbindən həyatda qalmaq üçün mübarizə apardıqları Qəzza zolağına göndərilən humanitar yardımın qarşısını almaq üçün etiraz aksiyası keçirirlər. Kanal 12-nin keçirdiyi sorğuya görə, israillilərin 72 faizi “İsrailli məhbusları geri qaytarmadan Qəzza zolağına humanitar yardım göndərilməsinə” qarşıdır.

Mənbə: TGRT

Aynur Camal