İsraillə Həmas arasında bir həftədir davam edən ‘humanitar fasilə’ saat 08:00-da sona çatdı.
İsrail qüvvələrinin oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə saxladıqları 3390 nəfərdən 260-nı ‘humanitar fasilədə’ nəzarətə götürdüyü öyrənilib.
Əsir mübadiləsinin 7-ci turunda ikili İsrail-Fransa vətəndaşı və iki İsrailli qadın əsir azad edilərək bugünkü ümumi sayı 8-ə yüksəldi.
Misir səlahiyyətliləri İsrail və HƏMAS arasında müvəqqəti atəşkəsin 8-ci gündə də davam edəcəyini açıqlamışdı. Lakin İsrail və HƏMAS-dan rəsmi açıqlama verilməyib.
Atəşkəs başa çatdıqdan sonra İsrail yenidən hücumlara başlayıb. “Həmas atəşkəsi pozduqdan və ərazimizə atəş açdıqdan sonra biz hücumları bərpa etdik”, – İsrail ordusu bildirib.
Mənbə: TGRT
Aynur Camal