Fasiləsiz dərs deyib, dünya rekordu qırıbbackend

Keniya mətbuatında çıxan xəbərə görə, müəllim Rose Tata Wekesa paytaxt Nayrobidəki bir məktəbdə şagirdlərə 62 saat 33 dəqiqə 34 saniyə fizika, kimya və biologiya dərsləri keçib.

Keniyalı müəllim Wekesa-nın Keniya Multimedia Universitetində sinif otağında keçirilən və YouTube-da canlı yayımlanan mühazirəsi fevralın 13-də başlayıb və bu gün səhər saatlarında başa çatıb.

Mətbuata açıqlamasında elm dərslərinin başa düşülən və edilə bilən olduğunu dünyaya çatdırmağı hədəflədiyini bildirən Wekesa, “Bu dərsi müəllimliyin həqiqətən nəcib bir peşə olduğunu və müəllimlərin hörmət edilməli insanlar olduğunu göstərmək üçün etdim” deyib.

Dünya rekordunu qırmaq üçün özünü yuxusuz qalmağa öyrətdiyini izah edən Wekesa, bunun ən uzun elm dərsi olduğunu və Ginnesin Rekordlar Kitabı tərəfindən rəsmi olaraq təsdiqlənməsini gözlədiyini söyləyib.

Bu sahədə rekord 2008-ci ildə 50 saat dərs deyən hindli müəllimə məxsusdur.

Mənbə: TGRT

Aynur Camal