“Fazilin şübhələndiyi adam yoxdur” – Qardaşıbackend

Deputat Fazil Mustafanın qardaşı Azər Mustafayev deputatın güllələnməsi ilə bağlı jurnalistlərə açıqlama verib.

“Yeni Gundem” Baku TV-yə istinadən xəbər verir ki, o, qardaşının 1-2 günə evə buraxılacağını bildirib: “Hücum qapıya çatanda pultla qapını açanda olub. Həmin an atəş açılıb. Avtomatdan 7 atəş açılıb, 2-si dəyib. Hadisə zamanı evdə həyat yoldaşı və qızı olub. Yaralı vəziyyətdə evə girib, polisə və xəstəxanaya zəng ediblər.

Yəqin ki, sui-qəsd cəhdi sifarişlidir. Özünün şübhələndiyi adam yoxdur. Evin qarşısında kameralar var. Hamısı götürülüb, araşdırılır”.

A.Mustafayev çəkiliş zamanı sui-qəsdin törədildiyi yeri də göstərib. Qeyd edib ki, maşın evin qarşısında saxladığı vaxt atəş açan şəxs evin yan tərəfində dayanıb.