Səmanı tüstü bürüdü
İşğal altındakı İordan çayının qərb sahilinin cənubundakı Hebron şəhərində plastik fabrikdə böyük yanğının baş verdiyi bildirilib. Fələstin Mülki Müdafiə Birliyinin verdiyi yazılı açıqlamada şəhərdəki bir fabrikdə baş verən böyük yanğınla mülki müdafiə zabitləri və Hebron Bələdiyyəsi qruplarının mübarizə apardığı bildirilib.
Yanğının böyüklüyünə diqqət çəkən açıqlamada, mülki müdafiə qruplarının yanğının söndürülməsinə kömək etmək üçün Beytlehem, Qüds və Yerixodan gəldiyi vurğulanıb. Hadisə şahidləri bildiriblər ki, yanğın Hebronun şimalındakı məhəllələrin yaxınlığındakı plastik fabrikdə baş verib və sürətlə yayılıb.
Hebron Bələdiyyə Başçısı Teyser Ebu Sine açıqlamasında “Yanğın həqiqətən böyükdür, onu nəzarət altına almaq mümkün olmayıb və hər an yayılmağa davam edir. Ətrafdakı evlərə keçmə təhlükəsi var” deyib.
Bələdiyyənin bütün vasitələrdən istifadə etdiyinə işarə edən Əbu Sine, “Bələdiyyəyə məxsus bütün yanğınsöndürmə briqadaları, su tankerləri, buldozerlər və qazanlar yanğını söndürmək üçün səfərbər edildi” deyib.
Əbu Sinine bildirib ki, fabrikin içində kimin olub-olmaması və ya yanğının səbəb olduğu can və mal itkisi barədə məlumat yoxdur.
İSRAİL 5 yanğınsöndürən göndərdi
Adının açıqlanmasını istəməyən fələstinli mənbə bildirib ki, İsrail tərəfi yanğının söndürülməsinə kömək etmək üçün 5 yanğınsöndürən göndərib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə yanğının son dərəcə böyük olduğu və yanan fabrikdən qara tüstünün qalxdığı görünür.
Fələstinin rəsmi xəbər agentliyi olan WAFA-nın hesabatında yanğının baş verdiyi fabrikdə 1000-ə yaxın adamın çalışdığı, iqtisadi baxımdan əhəmiyyətli olduğu və böyük bir ərazidə bitişik obyektlərdən ibarət olduğu bildirilib.
Fabrik müdiri Mecdi Ezgayr, fabrikdə baş verən yanğında can itkisinin və ya yaralanmanın olmadığını bildirdi.
Mənbə: TGRT
Aynur Camal