Fələstin bayrağı və onun rəngləri nəyi təmsil edir?backend

Fələstin bayrağının mənası sosial media istifadəçilərinin maraqlandığı və sorğuladığı mövzulardan birinə çevrilib.

“Yeni Gundem” xəbər verir ki, Fələstin və İsrail arasındakı qarşıdurmalardan sonra Fələstin bayrağının mənası və rənglərinin nəyi təmsil etdiyi araşdırılır.

Beləliklə, Fələstin bayrağı nə deməkdir və onun rəngləri nəyi təmsil edir? Fələstin bayrağı Fələstin xalqını və dövlətini təmsil etmək üçün istifadə edilən rəsmi bayraqdır.

O, ilk dəfə Şərif Hüseyn tərəfindən 1916-cı ildə Osmanlı İmperatorluğuna qarşı başlayan ərəb üsyanının simvolu olaraq hazırlanmışdır. Daha sonra bayraq ilk dəfə 1964-cü ildə Fələstin Azadlıq Təşkilatı tərəfindən Fələstin xalqının bayrağı kimi elan edilib.

Müstəqil Fələstinin bayrağı kimi 15 noyabr 1988-ci ildə qəbul edilib.

RƏNGLƏR NƏYİ TƏMSİL EDİR?

Bayraq üç bərabər ölçülü qara, ağ və yaşıl zolaqdan ibarətdir. Bu soldan qırmızı ikitərəfli üçbucaqla tamamlanır və son nöqtəsi bayrağın üzərindədir.

Bu rənglər pan-ərəb rəngləridir. Qara zolaq Fələstin xalqının keçmiş əzab və mübarizəsini, ağ zolaq isə sülh və ümidi simvollaşdırır. Yaşıl zolaq Fələstinin münbit torpaqlarını və təbiətini simvollaşdırır.

Bayrağın sol küncündəki qırmızı üçbucaq Fələstin xalqının qətiyyətini və müstəqillik arzusunu ifadə edir.

Bayraq Qərbi Sahara, Sudan və İordaniya bayraqlarına da çox bənzəyir. Fələstin bayrağı 2015-ci il sentyabrın 30-dan Birləşmiş Millətlər Təşkilatının binası qarşısında asılır.

Mənbə: Ntv.Tr

Aynur Camal