Fələstin tərəfdarı qadın Kral Çarlza səsləndibackend

Kral Çarlz Fələstinə dəstək ifadə edən etirazçılarla qarşılaşıb. Qəzzada atəşkəs çağırmağı xahiş edilən Çarlz bu tələbi qulaqardına vurub.

İngiltərə kralı III Çarlzdan Qəzzada atəşkəs çağırması istənilib. Kral Çarlz paytaxt Londonda Milad bazarını ziyarət edirdi.

Həmin vaxt fələstinli tərəfdar qadın Çarlza səslənərək ondan “Qəzzada atəşkəs” çağırmasını istəyib.

 Sosial mediada paylaşılan görüntülərdə Kral Çarlz paytaxtdakı Ealing Milad Bazarında dolaşarkən Qəzzada atəşkəs çağırışlarına dəstək vermək üçün bir qadının ona səsləndiyi görülüb.

Görüntülərdə kral Çarlzın səsin gəldiyi tərəfə çevrildiyi, lakin qadının istəyinə məhəl qoymadığı qeyd edilib.

Etirazçının Krala “Azad Fələstin, Kral Çarlz”, “Dərhal atəşkəs” və “Milad bayramınız mübarək” deyə səsləndiyi anlar da kadrlarda əks olunub.

Böyük Britaniyanın baş naziri Rişi Sunak İsrailin özünü müdafiə haqqını dəstəklədiyini bir daha təkrar edərək, Qəzzada baş verən humanitar böhranla bağlı bunları deyib: Regionda vəziyyət çox acınacaqlıdır və getdikcə pisləşir. Biz humanitar yardımın heç bir maneə olmadan Qəzzaya çatmasını təmin etmək və münaqişəyə dərhal humanitar fasilə vermək üçün səylərimizi davam etdiririk. Çünki günahsız dinc əhalinin iztirablarına son qoyulmalıdır.

Fələstinli mülki vətəndaşlara dəstəyi ikiqat artırdıqlarını bildirən Sunak, “Ancaq bu, beynəlxalq humanitar hüquq çərçivəsində olmalıdır” deyib.

Mənbə: EnSonHaber

Aynur Camal