İsrail döyüş təyyarələrinin Qəzza zolağı və İordan çayının qərb sahilini bombalaması gecə boyu davam edib. Xan Yunusda və Rəfahda partlayışlar, yanğınlar, tüstülər heç dayanmayıb. Çoxlu fələstinli şəhid olsa da, çoxlu sayda yaralı var. Embarqo edilmiş Fələstin torpaqlarında ərzaq, tibbi ləvazimat və dərman böhranı qaçılmaz görünür.
“Yeni Gundem”-in əldə etdiyi məlumata görə, ABŞ-ın da dəstəyini alan işğalçı dövlət qüvvələrinə qarşı beynəlxalq ictimaiyyətin səsi hələ də zəifdir.
Xatırladaq ki, HƏMAS-ın silahlı qanadı olan Qəssam Briqadalarının İsrailə qarşı başlatdığı “Əqsa tufanı”nın ardınca işğalçı dövlət olan İsrail Fələstində kütləvi qırğına başlayıb. İsrailin baş naziri Benyamin Netanyahunun “Bu, müharibədir” bəyanatının ardından Qəzza zolağı və İordan çayının qərb sahilinə döyüş təyyarələri və silahlarla edilən vəhşi bombardmanlar nəticəsində yüzlərlə fələstinli mülki şəxs şəhid olub, minlərlə insan isə yaralanıb.
Mənbə: TGRT
Aynur Camal