Sabah Fransanın Alp-Dəniz əyalətinin Nitsa şəhərində Fələstinə dəstək məqsədi ilə keçirilməsi gözlənilən nümayişə qadağa qoyulub.
“Yeni Gundem” xəbər verir ki, Alp-Dəniz Valiliyinin sosial media platformasında verdiyi açıqlamada verilişin qadağan edilməsinin səbəblərindən biri kimi ölkədə terror təhlükəsinin davam etməsi göstərilib.
Açıqlamada təşkilatçıların qadağaya əməl etmədikləri təqdirdə 6 ay həbs və 7500 avro, qadağan olunmuş nümayişdə iştirak edənlərin isə 750 avro cərimə oluna biləcəyi bildirilib.
Xatırladaq ki, oktyabrın 7-dən sonra daxili işlər naziri Cerald Darmaninin göstərişi ilə Fransada Fələstinə dəstək nümayişləri əvvəlcə bir-bir, sonra isə hamısı birlikdə qadağan edildi.
Fələstin Hərəkatı Dərnəyi hökumətin Fələstin tərəfdarı nümayişləri qadağan edən qərarını Dövlət Şurasına təqdim etmişdi.
Dövlət Şurası ölkədə Fələstin tərəfdarı nümayişlərin tək bir qərarla qadağan edilə bilməyəcəyinə və hər nümayiş üçün qərarın qubernatorlar tərəfindən ayrı-ayrılıqda qəbul edilməsinə qərar verib.
Mənbə: TrtHaber
Aynur Camal