“Fələstinə dəstəyimiz davam edəcək”backend

Məşhur sənətçilər sosial şəbəkələrdəki paylaşımları ilə Fələstinə dəstəklərini davam etdirirlər.

“Yeni Gundem” xəbər verir ki, Türkiyədən və dünyanın hər yerindən bir çox sənətçi sosial media hesablarında Qəzza zolağında mülki vətəndaşların evlərini hədəf alan, qadın və uşaqların da olduğu minlərlə mülki fələstinlinin ölümünə səbəb olan hücumlarla bağlı paylaşımlar edib.

Hücumların ilk günlərindən İsrailin hücumlarına reaksiya verən bir çox tanınmış məşhurlar kimi amerikalı aktyor Con Kusak da son paylaşımında belə deyib: “Bu təsvir olunmaz, iflicedici dəhşət, qeyri-adi dərəcədə açıq maskasızlıq və vəhşilikdir. Buna qarşı dünya üsyan etməlidir!”

Mənbə: TrtHaber

Aynur Camal