Fələstini dəstəkləyən Bella Hadidə embarqobackend

Fransız brendi Diordan Fələstini dəstəkləyən Bella Hadidə embarqo: İsrailli model May Tager ilə razılaşma.

Qatil İsrailin fələstinlilərə qarşı hücumları davam edərkən, dünyanın müxtəlif ölkələrindən məşhur isimlər İsrailə öz reaksiyalarını göstərməkdə davam edir.

Soyqırım edən İsrail Fələstin xalqının başına ölüm yağışı yağdırarkən, Bella Hadid bu qətliamın əleyhinə çıxış edən məşhurlardan biri olub.

Məşhur Fələstin əsilli Amerikalı model Bella Hadid də mövzu ilə bağlı “Karyeram dayansa belə, Fələstini dəstəkləməyi heç vaxt dayandırmayacağam. Modellik işlərini itirməkdən qorxmuram və Fələstinlə bağlı səsimi ucaltmağa davam edəcəyəm. İsrail baş naziri Netanyahu yeni Hitlerdir. 2,5 milyon fələstinli üçün yeni səbəb”. O, qəbiristanlıq yaratmaq üzərində işləyir. O, müasir dövrün Hitleridir! İsraillilər döyüşü dayandırsalar, sülh olacaq. Fələstinlilər döyüşü dayandırsalar, Fələstin olacaq. Ölkə yox olmaq üzrədir” deyib.

Ölümlə təhdidlərin hədəfinə çevrilən Bella Hadidə də embarqo qoyulub.

Bu açıqlamalardan sonra Fransanın Dior brendindən qalmaqallı addım gəlib.

Fransanın da açıq şəkildə dəstəklədiyi İsrail üçün hərəkətə keçən Dior, yeni kampaniyasında Bella Hadiddən imtina edib.

Məsələni gündəmə gətirən İsrailin “Maariv” qəzeti, “Bir çox şirkət İsraili dəstəkləməkdən qaçdığı bir vaxtda, Fransız markası Fələstin əsilli Bella Hadidin yerinə İsrailli model May Tagerlə imza atıb.

Keçmişdə kampaniyanı idarə edən şəxs illərdir fələstinliləri dəstəkləyən və tez-tez İsrail əleyhinə çıxış edən beynəlxalq model Bella Hadid idi” deyə yazı dərc edib.

Mənbə: A-haber

Aynur Camal