Fələstinli anaların üsyanı: Uşaqlarımız susuz qalıbbackend

Qəzzanın mərkəzindəki məktəb və xəstəxanalara sığınan fələstinli analar övladlarının susuz qaldığını və həddindən artıq arıqladığını bildiriblər.

Bir yarım yaşlı bir uşağın anası Yamen Mohammed Haccac, oğlunun Şücaiyyə məhəlləsindən Nusra Qaçqınlar Düşərgəsinə aparıldıqdan və UNRWA məktəbində qaldıqdan sonra susuzluq və ishaldan əziyyət çəkdiyini söylədi.

Başqa bir qadın uşağının qastroenterit olduğunu və düzgün qidalanmadığı üçün çəkisinin yarısını itirdiyini bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı oktyabrın ortalarından bəri 33,551-dən çox ishal hadisəsinin bildirildiyini, onların əksəriyyətinin beş yaşından kiçik uşaqlar arasında olduğunu söyləyib.

İsrail Qəzzaya qarşı hücumunun bir hissəsi olaraq, artıq mühasirəyə alınmış ərazini “tam mühasirəyə alıb” və qida, su və tibbi ləvazimatların Zolağa daxil olmasına mane olub.

Məlumatda həmçinin qeyd olunub ki, yardım maşınlarının içəri girməsinə icazə verilsə də, gələn yardımların miqdarı İsrailin güclənən hücumları səbəbindən ehtiyacı olanlara kömək etmək üçün kifayət etmir.

Mənbə: TrtHaber

Aynur Camal