İsrail qüvvələri yarıçılpaq fələstinliləri, o cümlədən uşaqlar və qocaları soyunduraraq Qəzza zolağında stadionda parad keçirib.
81 gündür fasiləsiz olaraq Qəzzanı bombalayan İsrail insanlığa qarşı cinayətlərinə yenisini əlavə edib. Yerli media kanallarında və sosial media hesablarında paylaşılan görüntülərdə məcburi köçkün olan çoxlu sayda fələstinli mülki vətəndaşın İsrail əsgərləri tərəfindən nəzarətə alınaraq Qəzzada bir stadionda yarıçılpaq şəkildə toplandığı görünür.
Aralarında uşaq və qocaların da olduğu fələstinliləri saxlayıb yarıçılpaq soyundurub stadionda parad edən İsrail qüvvələrinə məxsus tankların lülələrinin bu fələstinlilərə tərəf yönəldiyi görünür.
Əldə edilən görüntülər arasında silahlı İsrail əsgərinin qucağında yorğana bükülmüş, yarıçılpaq fələstinlilərdən biri olan körpə də var.
Mənbə: TGRT
Aynur Camal