İsrail əsgərləri əsir düşən fələstinliləri paltarlarını çıxarmağa məcbur edib. Ən azı 7 fələstinli gənc təlimatlara əməl etmədiyi üçün öldürülüb.
Qəzza zolağını xarabalığa çevirən İsrail ordusunun qəddarlığına yenisi əlavə edilib. İsrail əsgərləri Qəzzada əsir götürdükləri mülki vətəndaşları çılpaq şəkildə yerə səriblər.
Beyt Lahya şəhərinin sakinləri İsrail ünsürləri tərəfindən saxlanılıb. Paltarlarını soyundurulan fələstinlilər kütləvi şəkildə həbs edilib.
Cenevrədə yerləşən Avropa-Aralıq dənizi İnsan Haqları İzləmə Təşkilatı Birləşmiş Millətlər Təşkilatının iki məktəbinə sığınan çoxlu fələstinlinin döyüldüyünü bildirib.
İsrail əsgərləri fələstinliləri alt paltarlarından başqa bütün paltarlarını çıxarmağa məcbur edib. Daha sonra fələstinliləri yük maşınlarına mindirərək naməlum yerə aparıblar.
Mohammed Al Rai adlı yeniyetmə ən azı 7 fələstinli yeniyetmənin ayrı-ayrı hadisələrdə İsrailin alçaldıcı əmrlərinə tabe olmadıqları üçün güllələndiyini gördüyünü bildirib.
Əsir düşənlər arasında “Al Araby”də çalışan jurnalist Diaa Əl-Kahlotun da olduğu bildirilib.
İsrail mediası iddia edib ki, görüntülərdə “Həmas şübhəliləri”nin təslim olması əks olunub. HƏMAS-ın verdiyi açıqlamada qruplaşma üzvlərinin kütləvi həbsi ilə bağlı xəbər təkzib edilib.
Qeyd olunub ki, həbs edilənlər “hərbi əməliyyatlarla heç bir əlaqəsi olmayan silahsız mülki şəxslərlə pis rəftar” nümayiş etdiriblər. İsrail ordusunun Qəzza zolağının müxtəlif nöqtələrinə endirdiyi hava zərbələri nəticəsində çoxlu sayda fələstinli ölüb və yaralanıb.
Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail təyyarələrinin Qəzza şəhərinin şərqindəki Əl-Şücaiyyə bölgəsinə təşkil etdiyi hava hücumu nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb.
Mənbə: EnSonHaber
Aynur Camal