“Ferentsvaroş”la oyun öncəsi “Qarabağ” üçün vacib məqambackend

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Macarıstanın “Ferentsvaroş” klubunun futbolçusu Henri Uinqo zədələnib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stanislav Çerçesov açıqlama verib. O bildirib ki, ABŞ-li futbolçu Bakıdakı oyunu buraxmalı olacaq.

Komandalar arasında avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ilk qarşılaşma saat 20:00-da start götürəcək.