Fərid Qayıbov rayonlardakı Gənclər Evlərinin fəaliyyəti ilə tanış olub – FOTOLARbackend

Gənclər və idman naziri Fərid Qayıbov martın 11–12-də Gəncə şəhərində, Ağstafa, Göygöl, Ucar, Şəmkir, Goranboy, Qazax və Tovuz rayonlarında səfərdə olub.

”Yeni Gündəm” xəbər verir ki, səfər çərçivəsində Ucar, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gəncə, Göygöl, Goranboyda Gənclər Evlərinin fəaliyyəti ilə tanış olan Fərid Qayıbov, klub və dərnəklərin fəaliyyəti, xidmətlərin səviyyəsi ilə də maraqlanıb.