Fərid Şəfiyev: “Gərginliyin aradan qaldırılmasının yeganə yolu Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır”backend

“Sərhəddəki gərginliyin əsas səbəbi təkcə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmaması deyil. Ermənistan cəmi bir neşə gün əvvəl Zəngəzur-Mehri dəmir yolu layihəsindən imtina etdiyini açıqlamışdı”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev tviter səhifəsində yazıb.

“Sülh yolunda digər əsas maneələrdən biri də Qarabağdakı qeyri-qanuni erməni hərbçiləridir. 2020-ci il müharibəsindən əvvəl və sonra Ermənistan tərəfi demək olar, bütün məsələlərə mane olub. Yeganə həll yolu digər müvafiq şərtlərin təmin olunması ilə yanaşı, həm də ərazi bütövlüyümüzün tanınmasıdır”, – o bildirib.