Fərman İsmayılovun cənazəsi Azərbaycana gətirildibackend

Qvineya körfəzində Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmiyə dəniz quldurları tərəfindən edilən hücum nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi Azərbaycana gətirilib.

“Yeni Gündəm”-in məlumatına görə, onun cənazəsini gətirən Türk Hava Yollarına məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.