Fermerlər küçələri yandırdılarbackend

Belçikada Avropa Birliyinin (AB) kənd təsərrüfatı siyasətlərinə etirazlarını davam etdirən fermerlər küçələrə atdıqları ot bağlamalarını yandıraraq polislə toqquşub.

Avropada ekoloji qaydalara və kənd təsərrüfatı siyasətlərinə qarşı fermerlərin etirazları şiddətlə davam edir. Belçikanın paytaxtı Brüsseldə Avropa Birliyinin (AB) siyasətlərinə qarşı üsyan edən fermerlər küçələrə atdıqları ot bağlamalarını və barrikada kimi istifadə etdikləri təkər yığınlarını yandırıblar.

100-dən çox traktorla AB Kənd Təsərrüfatı Nazirlərinin görüşdüyü Aİ Şurasının yanına gələn fermerlər yolu bağlayarkən, çevik qüvvət polisi təzyiqli su və gözyaşardıcı qazla etirazçılara müdaxilə edib.

La Via Campesina kənd təsərrüfatı təşkilatının baş koordinatoru Morgan Ody açıqlamasında, AB-ni minimum dəstək qiymətləri təyin etməyə və daha ucuz xarici məhsul idxalı üçün imkanlar yaradan azad ticarət müqavilələrindən çıxmağa çağırıb. Odi, “Biz iqlim siyasətlərinə qarşı deyilik. Ancaq biz bilirik ki, keçidi təmin etmək üçün məhsulun qiymətləri daha yüksək olmalıdır. Çünki ekoloji yolla istehsal etmək daha baha başa gəlir”.

Mənbə: TGRT

Aynur Camal