Hindistanda polis hökumətlə qiymətlə bağlı razılığa gələ bilmədikdən sonra Yeni Dehliyə yürüş etmək istəyən fermerlərə bibər qazından istifadə edib.
Hindistanda məhsul qiymətlərinin təmin olunmasını və məhsullarının müqabilində daha çox maaş alınmasını istəyən fermerlər hökumətlə danışıqların dördüncü raundu heç bir nəticə vermədikdə küçələrə axışıblar.
Yeni Dehliyə yürüş etmək istəyən fermerlər polisin müdaxiləsi ilə qarşılaşıblar. Pəncab və Haryana əyalətləri arasında Şambhu sərhəddində toplaşan fermerlər buldozerlərlə polisin qurduğu barrikadaları dağıtmağa çalışıblar.
Yeni Dehliyə yürüş etmək istəyən fermerlərə polis bibər qazı ilə müdaxilə edib. Fermerlər bibər qazına maskalarla müqavimət göstərərkən, polisin bibər qazı atmaq üçün istifadə etdiyi pilotsuz uçuş aparatlarının qarşısını almaq üçün uçurtmalar da uçurdular.
Kənd Təsərrüfatı Naziri Arjun Munde sosial media hesabından verdiyi açıqlamada fermerləri 5-ci dəfə görüşməyə dəvət edərək, “Sülhün qorunması bizim üçün vacibdir” deyib. Fermer ittifaqları dövlətə daha çox dəstək verməyə və ya zəmanətli qiymətlərlə məhsul almağa imkan verəcək hüquqi təminat tələb edir. Hindistan hökuməti indiyədək fermer birlikləri ilə 4 raund görüş keçirib.
Mənbə: hurriyyət.tr
Aynur Camal