Fransanın Avinyon şəhərində toplaşan fermerlər hökumətin kənd təsərrüfatı sektoru ilə bağlı siyasətinə reaksiya verib. France Bleu-nun məlumatına görə, Avinyonda birliklərin rəhbərliyi ilə 300-ə yaxın fermer bir araya gələrək traktorları ilə bölgə qubernatorluğuna doğru hərəkət ediblər.
İstehsal xərclərinin artması və dəstək ödənişlərinin yetərincə olmaması səbəbindən qazanc əldə edə bilmədiklərini bildirən fermerlər bu vəziyyətə etiraz olaraq məhsullarını valilik qarşısına töküblər.
Digər tərəfdən fermerlər hökumətin sektorla bağlı siyasətinə kənd təsərrüfatı tullantılarını yandıraraq reaksiya veriblər.
Qeyd edək ki, Polşada da fermerlər və yük maşınları həftələrdir etiraz aksiyası keçirir, oxşar tələblərlə çıxış edir və ucuz Ukrayna taxılının idxalına qadağa qoyulmasını tələb edirlər.
Mənbə: TrtHaber
Aynur Camal