Fermerlərin nümayişi: Polislə toqquşdularbackend

Fermerlər mövcud siyasətlərin kənd təsərrüfatını öldürdüyünü söylədi. Onlar polisin müdaxiləsinə atəşfəşanlıq və tüstü bombaları ilə cavab veriblər. Polşada fermerlər kənd təsərrüfatı siyasətlərinə reaksiyalarını bildirmək üçün küçələrə çıxıblar.

Avropada fermerlərin etirazları davam edir. Avropa İttifaqının (Aİ) Yaşıl Sövdələşməsinə və Ukraynadan taxıl idxalına etirazlar edilir.

Polşalı kənd təsərrüfatı sektorunun işçiləri paytaxt Varşavada Polşanın baş naziri Donald Tuskun ofisi qarşısında nümayiş keçirib. Onlar Ukrayna sərhədinin bağlanmasını tələb ediblər.

Fermerlər Ukraynadan ucuz taxıl və ərzaq məhsullarının idxalını dayandırmaq üçün Polşa-Ukrayna sərhədinin bağlanmasını tələb ediblər.

 ‘Avropada kənd təsərrüfatını öldürürlər’ reaksiyası

Həmçinin, AB-nin izlədiyi yaşıl və ekoloji siyasətin Avropada kənd təsərrüfatını öldürdüyü də irəli sürülüb. Polşadan Aİ-nin Yaşıl Sövdələşmə proqramından çıxması istənilib.

Küçələri əllərindəki pankartlarla dolduran fermerlər mövcud təcrübədən əl çəkməyi tələb ediblər.

Onlar polislə toqquşublar

Fermerlərlə polis bir-biri ilə üz-üzə gəlib. Zaman zaman qarşıdurma yaşanarkən, polisin müdaxiləsi kameraya qeyd olundu.

Aksiya çərçivəsində polşalı fermerlər traktorları ilə paytaxta gedən magistral yolları bağlayıb, polisin müdaxiləsinə atəşfəşanlıq və tüstü bombaları ilə cavab veriblər. Fevralın 27-də ölkədə də etiraz aksiyası keçirilib.

Almaniya, Fransa, İtaliya, İspaniya, Hollandiya, Belçika, Polşa, Macarıstan və Yunanıstan başda olmaqla bir çox Avropa İttifaqı ölkələrində fermerlər son zamanlar həyata keçirilən kənd təsərrüfatı siyasətlərinə reaksiya verirlər.

Qaldırılan məsələlərə İttifaqın kənd təsərrüfatı siyasəti, kompleks bazar qaydaları, təbiətin bərpası hədəfləri, subsidiyaların azaldılması, yüksək enerji, yanacaq və gübrə xərcləri, gübrə və pestisidlərin istifadəsinə qoyulan məhdudiyyətlər, Ukraynadan ucuz taxıl məhsulları və suya qənaət tədbirləri daxildir.

Fermerlər həmçinin Aİ-ni “Yaşıl Sövdələşmə çərçivəsində karbon gübrələri və pestisidlərin istifadəsi ilə bağlı sərt qaydalar tətbiq etməklə kənd təsərrüfatı istehsalını çətinləşdirdiyinə” görə tənqid edirlər.

Mənbə: EnSonHaber

Aynur Camal