Fərrux zəfərindən bir il keçirbackend

Bu gün Xocalı rayonunun Fərrux kəndinin işğaldan azad edilməsindən bir il keçir.

“Yeni Gundem”-in məlumatına görə 2022-ci il martın 24-də Azərbaycan ordusunun bölmələri kəndə daxil olublar. Eyni zamanda kəndin erməni əhalisi həm Fərrux kəndini, həm də qonşu Pirlər kəndini tərk edib. Ermənistan buna görə Azərbaycanı 10 noyabr razılaşmasını pozmaqda ittiham etsə də, Azərbaycan tərəfi bunu rədd edərək burada mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsinin aparıldığını bildirib..

27 mart tarixində verilən rəsmi məlumata görə Fərrux kəndi 26 mart tarixində Azərbaycan ordusunun tam nəzarəti altına keçib. Həmçinin, ətrafındakı yüksəkliklərin alınması ilə Ağdam şəhəri və rayonun 9 kəndi düşmənin vizual nəzarətindən çıxarılıb, Xankəndi-Ağdərə avtomobil yoluna vizual nəzarət əldə olunub.

Fərahim Rəhimov